Hindistan parlamentinin işi iflic olub | VİDEO

   Hindistan parlamentinin işi iflic olub    | VİDEO
  22 İyul 2025    Oxunub:630
Müxalifət nümayəndələrinin “Sindur” əməliyyatı ilə bağlı müzakirələrin aparılması tələbi nəticəsində Hindistan parlamentinin hər iki palatası ardıcıl ikinci gündür ki, işini davam etdirə bilmir.
AzVision.az xəbər verir ki, yerli və xarici medianın məlumatına görə, parlament iclaslarını artıq iki dəfə təxirə salmalı olub. İyulun 22-də aşağı palata fermerlərlə bağlı məsələləri müzakirə etməli idi.

“Natiqlərdən biri Om Birla bildirib ki, müxalifət Palatanın işini davam etdirməsini, fermerlərin problemlərini müzakirə etmək istəmir. Deputat vurğulayıb ki, müxalifət nümayəndələri palataya plakatlar gətirə bilməz”, - yayımlanan xəbərdə deyilir.

Hindustan Times: “Danışıqları yalnız hərbçilər aparacaq”
Müxalifət aprelin 22-də baş vermiş terror aktını müzakirə etmək hüququnda israrlıdır. Onda Hindistanın Cammu və Kəşmir bölgəsinin ən çox ziyarət edilən şəhərlərindən biri olan Pahalqamda silahlı qrup bir qrup turistə hücum edərək 25-i Hindistan və bir Nepal vətəndaşı qətlə yetirib.

Hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Ləşkər-e-Teybə” radikal terror təşkilatının qolu olan “Müqavimət Cəbhəsi” qruplaşması öz üzərinə götürüb.

Müxalifət həmçinin Hindistanın mayın 6-da başlatdığı “Sindur” hərbi əməliyyatının təfərrüatlarının da ictimailəşdirilməsini tələb edir. Bu, Nyu-Dehlinin “terrorçu” kimi qələmə verdiyi Pakistanın infrastrukturuna yönəlib. Pakistanın Müdafiə naziri Havaca Asif isə bildirib ki, zərbələr yalnız mülki hədəflərə endirilib.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Hindistan   parlament  



Xəbər lenti